Paris Olimpiya Oyunları tamaşaçıların sayına görə rekord vurdu #1TVSPORT
Paris Olimpiya Oyunları tamaşaçıların sayına görə rekord vurdu #1TVSPORT

Paris Olimpiya Təşkilat Komitəsinin kommersiya əməliyyatları üzrə direktoru Damien Raggio 2024-cü il Yay Oyunlarının Olimpiya tarixində ən çox iştirak edən oyun olacağını açıqlayıb. İndiyədək 9,5 milyondan çox bilet satılıb.

“Bu, Olimpiya Oyunlarında iştirak rekordudur, çünki satılan biletlərin sayına görə əvvəlki rekord Atlantada 8,3 milyon olub.

İndi biz həm də Paralimpiya Oyunlarına bilet satışının pik həddəyik. Gündə 20 000 bilet satılır və bu rəqəm artır”, – deyə RMC Sport Racodan sitat gətirib.