Paris məhkəməsinin sədri ABŞ tərəfindən fransız hakimlərə qarşı sanksiyaların tətbiqinin ölkənin daxili işlərinə qəbuledilməz müdaxilə olacağını bildirir
Paris məhkəməsinin sədri ABŞ tərəfindən fransız hakimlərə qarşı sanksiyaların tətbiqinin ölkənin daxili işlərinə qəbuledilməz müdaxilə olacağını bildirir

 

Paris məhkəməsinin sədri ABŞ tərəfindən fransız hakimlərə qarşı sanksiyaların tətbiqinin ölkənin daxili işlərinə qəbuledilməz müdaxilə olacağını bildirir.

Alman nəşri “Der Spiegel” ABŞ Dövlət Departamentinin 2025-ci ilin yazında ifrat sağçı “Milli Birlik” partiyasının lideri Marin Le Peni Avropa İttifaqının fondlarından sui-istifadə etməkdə təqsirli bilən və ona beş il müddətinə siyasi vəzifə tutmağı qadağan edən hakimlərə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırması haqda məlumat yayır.

Beləliklə, Le Pen faktiki olaraq 2027-ci ilin prezident seçkilərində iştirak edə bilməyəcək.

“ABŞ həqiqətən də sanksiyalar tətbiq edərsə, əgər bu doğrudursa və gerçəkləşərsə, bu, ölkəmizin daxili işlərinə qəbuledilməz və dözülməz müdaxilə olacaq” – Paris məhkəməsinin sədri bildirib.

Məlumat üçün bildirək ki, Marin Le Pen bütün ittihamları rədd edir. Le Pen artıq hökmü şikayət edib və apelyasiya məhkəməsi gələn həftə onun apelyasiya şikayətinə baxmağa başlayacaq və qərarın yayda elan edilməsi ehtimalı var.

Xatırladaq ki, 2025-ci ilin yazında ABŞ Prezidenti Donald Tramp Marin Le Penin işi üzrə hökmü tənqid edərək demişdi ki, “bu, avropalı solçuların söz azadlığını boğmaq üçün qanunvericilik vasitələrindən necə istifadə etməsinin daha bir nümunəsidir”.