Paris məhkəməsi Nikola Sarkozinin həbsxanadan azad edilməsi haqda qərarı bu gün qəbul edəcək
Paris məhkəməsi Nikola Sarkozinin həbsxanadan azad edilməsi haqda qərarı bu gün qəbul edəcək

 

Paris məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozinin həbsxanadan azad edilməsi haqda qərarı bu gün qəbul edəcək.

Sarkozini sentyabrın 25-də çıxarılmış hökmdən sonra oktyabrın 21-də həbs ediblər. Sabiq prezident vaxtından əvvəl azadlığa buraxılmasını dərhal tələb edib.

Fransa mediasının yazdığı kimi, tələb təmin olunarsa, Sarkozi məhkəmə nəzarəti altında dərhal Parisin La Sante həbsxanasını tərk edə biləcək.

Məhkəmə Fransanın sabiq prezidenti Nikola Sarkozini sentyabrın 25-də beş il müddətinə azadlıqdan məhrum edib. Sarkozi Müəmmər Qəddafidən milyonlarla avro qanunsuz maliyyələşdirmə əldə etmək cəhdi işi çərçivəsində cinayətkar sui-qəsddə günahkar bilinib.

Bununla yanaşı, Paris məhkəməsi Nikola Sarkoziyə korrupsiyada iştirak və Fransada seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi də daxil olmaqla digər ittihamlarda bəraət qazandırıb. Sabiq prezident hökmü ədalətsiz hesab edir. Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti vəzifəsini tuturdu.