Paris 2024 - Nino Salukvadze üçün onuncu, rekord Olimpiada #1TVSPORT
Gürcü güllə atıcısı Nino Salukvadze 10-cu Olimpiadada iştirak edir. O, dünyada on Olimpiya Oyunlarında iştirak etmiş yeganə qadın idmançıdır.
Paris 2024-də o, iki məsafədən atəş açır. 10 metr məsafədən pnevmatik tapançadan atəş açmaq üzrə təsnifat turnirində o, ümumilikdə 562 xal toplayaraq 38-ci yeri tutub. Ən yaxşı 8 idmançı finala yüksəlib.
Avqustun 2-də Nino Salukvadze 25 metrdən tapança ilə atəş açacaq.
Xatırladaq ki, onun olimpiadada bir qızıl, gümüş və bürünc medalı var. 1988 Seul Olimpiadasında 19 yaşında qızıl və gümüş, 2008 Pekin Olimpiadasında isə bürünc medal qazandı.