Paravani dağ keçidində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan olunub
Paravani dağ keçidində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan olunub

 

Mürəkkəb meteoroloji şəraitə (qar yağması, çovğun və görünüş məsafəsinin məhdudlaşması) görə respublika əhəmiyyətli Koda–Partsxisi–Manqlisi–Tsalkа–Ninotsminda avtomobil yolunun 94 km–110 km (Paravani dağ keçidi) hissəsində müvəqqəti olaraq bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan olunur – bu haqda Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti tərəfindən yayılmış məlumatda deyilir.

Onların məlumatına əsasən, bu avtomobil yolunun 110 km-146 km hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan olunub, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.

Avtomobil yolunun 1 km-93 km (Koda-Aiazma) hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.