Paravani dağ keçidində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Paravani dağ keçidində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib

 
Paravani dağ keçidində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Bu haqda məlumatı Avtomobil Yolları Departamenti yayır.

Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, mürəkkəb meteoroloji şəraitə (çovğun, görmə məsafəsinin məhdudlaşması) görə respublika əhəmiyyətli Koda-Partxisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun 94 km – 110 km hissəsində (Paravani dağ keçidi) bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır.