Paravani dağ keçidi-Ninotsminda hissəsində yüngül avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub
Paravani dağ keçidi-Ninotsminda hissəsində yüngül avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub

 

Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, respublika əhəmiyyətli Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun 94km-146km (Paravani dağ keçidi-Ninotsminda) hissəsində yüngül avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti isə məhdudlaşdırılıb.

Avtomobil yolunun 1km-94km (Koda-Aiazma) hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.