Paravani dağ keçidi-Ninotsminda hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub

17:51, 05.01.2026

 

Paravani dağ keçidi-Ninotsminda hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Bu haqda məlumatı Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.

“Respublika əhəmiyyətli Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun 94km-146km (Paravani dağ keçidi-Ninotsminda) hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub” – məlumatda qeyd olunub.

Məlumat üçün bildirək ki, Paravani dağ keçidi-Ninotsminda hissəsində yüngül avtonəqliyyat vasitələrinin hərəkəti bu gün səhər bərpa olunub.

Oxşar