Paravani aşırımında avtonəqliyyatın hərəkəti qadağandır

19:57, 19.02.2023

Çətin meteoroloji şərait səbəbindən (çovğun, məhdud görünürlük), daxili əhəmiyyətli Koda-Partsxisi-Manqlisi-Ninosminda yolunun km94-km110 (paravani aşırımı) hissəsində bütün növ avtonəqliyyatın hərəkəti qadağandır. Məlumatı Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.

İdarənin məlumatına görə, yolun başqa hissələrində avtonəqliyyatın hərəkəti azaddır.

Oxşar