Paravani aşırımı üzərində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Paravani aşırımı üzərində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib

Gürcüstanın İnfrastruktur Nazirliyi yanında Avtomobil Yolları Departamenti-nin məlumatına görə, mürəkkəb meteoroloji şərait (qar fırtınası və məhdud görünüş) səbəbindən, dövlət əhəmiyyətli Koda–Partskhisi–Manglisi–Aka–Ninotsminda avtomobil yolunun km94–km110 hissəsində (Paravani aşırımı) bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilib.

Eyni yolun km110–km146 hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağandır, digər nəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.