Paralimpiya 2020 | Nino Tibilaşvili gümüş medal qazandı

Gürcüstan milli komandasının əlil arabası üzrə qılıncoynadan Nino Tibilaşvili Tokio Paralimpiya Oyunlarında mükəmməl mübarizə aparıb.

Yarımfinala gedən yolu çətin və gərgin bir döyüş idi. Gürcü idmançı finala yollanma mübarizəsində Rio Paralimpiadasının bürünc mükafatçısı, Dünya Çempionatının 9 qat mükafatçısı, ukraynalı Evqeniya Bryus ilə yarışdı. Nino Tibilaşvili güclü və təcrübəli rəqibini məğlub etməyi bacardı və 15:12 hesabı ilə qalib gəldi.

Tokio Paralimpiya Oyunlarının qızıl medalı uğrunda mübarizədə Nino Tibilaşvili Çin idmançısı, Rio Paralimpiadasının gümüş mükafatçısı Bian Tsin ilə görüşdü.

Nino Tibilaşvili finalda 7:15 hesabı ilə məğlub oldu, lakin əhəmiyyətli bir müvəffəqiyyət əldə etdi və ilk medalı Gürcüstan Paralimpiya komandasına gətirdi.