Paralimpiya 2020 - İna Kaldani və Revaz Çikoidze Paralimpiya Oyunlarının finalında güləşəcəklər
Tokioda keçirilən Paralimpiya Oyunlarının paracüdonun son günündə iki gürcü finalda güləşəcək.
İna Kaldani ilk görüşündə güclü Meksikalı paracüdoçunu məğlubiyyətə uğratdı, yarımfinalda isə, ev sahibi Yaponiyalı idmançını uddu və finalda Brazilyalı Maldonado ilə görüşəcək.
Paralimpiya qıılı üçün həmçinin ağır çəkili Revaz Çikoidze yarışacaq. Finalda İranlı paracüdoçu ilə görüşəcək. Gürcü idmançı dörddəbir finalda Yaponiyalını məğlubiyyətə uğratdı, yarımfinalda isə, Özbəkistanlını uddu.
Final bloku saat 11:30-da başlayacaq və birbaşa tele-reportajını Gürcüstanın Bİrinci Kanalı təqdim edəcək.