Tokioda keçirilən Paralimpiya Oyunlarının paracüdonun son günündə gürcü idmançısı, İna Kaldani gümüş medal qazandı.
İna Kaldani ilk görüşündə güclü Meksikalı paracüdoçunu məğlubiyyətə uğratdı, yarımfinalda isə, ev sahibi Yaponiyalı idmançını uddu və finalda Brazilyalı Maldonado ilə görüşdü. Təəssüflər olsun ki, Kaldani məğlubiyyətə uğradı. Güman edildiyinə görə, bir saatdan sonra paralimpiya qızılı uğrunda ağır çəkili Revaz Çikoidze yarışacaq. Finalda İranlı paracüdoçu ilə görüşəcək. Gürcü idmançı dörddəbir finalda Yaponiyalını məğlubiyyətə uğratdı, yarımfinalda isə, Özbəkistanlını uddu.
Paralimpiya Oyunlarında Gürcüstan yığmasının hesabında artıq iki gümüş medal var.
Final bloku saat 11:30-da başladı və birbaşa tele-reportajını Gürcüstanın Bİrinci Kanalı təqdim edir.