Paracüdo | Revaz Çikoidze Tbilisi Dünya Kubokunun qalibidir #1TVSPORT
Revaz Çikoidze (J1, -95 kq) Tbilisidə cari Dünya Kubokunda paracüdoda final blokunda qızıl medal qazandı, Zviad Qoqocuri gümüş medalın sahibi oldu.
Qoqocuri travma səbəbindən Çikoidze ilə qarşılaşmalı olduğu final görüşündə iştirak edə bilmədi.
Turnirdə 27 ölkədən 187 paraatlet iştirak edirdi. Xatırladaq ki, Gürcüstanın paracüdo üzrə yığması turnirin ilk günündə bir qızıl və üç bürünc medal qazandı. Saba Bağdavadze (J1, -81 kq) qızıl medal qazandı.
Zurab Zurabiani (J2, -70 kq), Qiorqi Qamcaşvili (J1, -70 kq) və Levan Quqava (J2, -81 kq) bürünc medalların sahibi oldular.