Pankisidə xüsüsi əməliyyat zamanı, gəncin yaralanma faktı il bağlı, prokurorluq istintaqa başlayır
Gürcüstan prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Pankisi dərəsində dünən keçirilən xüsusi əməliyyat zamanı, 19 yaşlı Temirlan Maçalikaşvilinin yaralanması faktı ilə bağlı istintaq aparmağa başladı.
Bu barədə bəyanatı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Natia Suxiaşvili verdi.
Onun dediyinə görə, istintaq cinayət məcəlləsinin 333-cü maddəsinin “b” altbəndinə müvafiq olaraq, aparılacaq, hansı ki, cinayət qrupları ilə mübarizə zamanı, xüsusi təyinatlılar tərəfindən iş səlahiyyətlərindən suistifadəyi nəzərdə tutur.
Duisidə yaralanan Temirlan Maçalikaşvilinin vəziyyəti ağırdır. Hazırda o reanimasiya bölməsindədir.