Pankisi vadisinin Birkiani kəndində yaşayış evi yanıb

11:03, 26.06.2025

 

Pankisi vadisinin Birkiani kəndində gecə saatlarında yaşayış evi yanıb.

Evdə 17 yaşlı yeniyetmə olub və üz nahiyəsindən aldığı yanıq xəsarətləri ilə Telavinin Referal Xəstəxanasına aparılıb.

Hadisə yerinə yanğınsöndürən-xilasetmə briqadaları cəlb olunmuşdu, lakin ev tamamilə yanıb.

Yanğının baş vermə səbəbi kimi elektrik naqilləri göstərilir. Hadisə ilə bağlı istintaq aparılır.

Oxşar