Panamanın Prezidenti Xose Raul Mulino – Panama kanalı Panamanın idi və qalacaq

14:44, 21.01.2025

 
Panama kanalı Panamanın idi və qalacaq – Panamanın Prezidenti Xose Raul Mulino deyib. Bu haqda Panamanın Prezidentinin “Panama Respublikası və onun xalqı adından” yaydığı bəyanatda deyilir.

“Kanal Panamanın idi və qalacaq, onun idarə edilməsi daimi neytrallığına hörmət etməklə, Panamanın nəzarəti altında qalacaq” – Mulinonun bəyanatında deyilir.

Donald Tramp inauqurasiya nitqində Panama kanalı üzərində nəzarəti bərpa etmək haqda danışıb.

“Çin Panama kanalının fəaliyyətini həyata keçirir və biz onu Çinə verməmişik, biz Panamaya vermişik və geri qaytaracağıq” – Donald Tramp bildirib.

Panamanın Pprezidenti dünyada heç bir ölkənin Panamanın administrasiyasına müdaxilə etmədiyini bildirib. Həmçinin, o, ABŞ-ın kanalı Panamaya verməsi ideyasına qarşı çıxıb.

“Kanal heç kimin güzəşti olmayıb. Bu, nəsillərin mübarizəsinin nəticəsi idi və 1999-cu ildə Torrixo-Karter Müqaviləsi onun kulminasiya nöqtəsi oldu. O vaxtdan bu günədək, 25 il ərzində biz dünya və qlobal ticarətə, o cümlədən ABŞ-a xidmət etmək üçün onu idarə edirdik və ləngimə olmadan məsuliyyətlə onu genişləndirirdik” – Panamnın Prezidenti qeyd edib.

Panamanın lideri bildirib ki, dialoq hər zaman Panamanın hüquqlarını, suverenliyini və kanalın mülkiyyət hüququnu pozmadan sözügedən məsələləri aydınlaşdırmaq üçün fürsətdir.

Panama ərazisində yerləşən kanal Sakit və Atlantik okeanlarını birləşdirir. Amerika Birləşmiş Ştatları ticarət və hərbi gəmilərin tranzitini asanlaşdırmaq üçün 82 kilometr uzunluğunda Panama kanalını 1900-cü illərin əvvəllərində tikdi. 1999-cu ilin dekabrın 31-də prezident Cimmi Karterin 1977-ci ildə imzaladığı müqaviləyə əsasən Panama kanalına nəzarət Panamaya verildi.

Oxşar