Pakistanın təhlükəsizlik qüvvələri üç günlük döyüşdən sonra cənub-qərbdə yerləşən şəhər üzərində nəzarəti bərpa etmək üçün dronlar və helikopterlərdən istifadə ediblər
Pakistanın təhlükəsizlik qüvvələri üç günlük döyüşdən sonra cənub-qərbdə yerləşən şəhər üzərində nəzarəti bərpa etmək üçün dronlar və helikopterlərdən istifadə ediblər. Medianın yazdığı kimi, şənbə günü separatçı “Bəlucistan Azadlıq Ordusu” tərəfindən həyata keçirilmiş koordinasiyalı hücumlar Pakistanın ən böyük əyalətini demək olar ki, dalana dirəyib, bu vaxt ölkənin təhlükəsizlik qüvvələri ondan çox yerdə üsyançılara atəş açıblar.
Məlum olduğu kimi, qarşıdurma zamanı 197 döyüşçü həlak olub.
“Reuters”in məlumatına əsasən, hücumçular qarşıdurma zamanı məktəblərə, banklara, bazarlara və digər obyektlərə basqın ediblər, nəticədə də 22-dən çox təhlükəsizlik işçisi və 36 dinc sakin həlak olub.