Pakistanın keçmiş prezidenti Pervez Müşərrəf vəfat etdi

12:54, 05.02.2023

Pakistanın keçmiş prezidenti, general Pervez Müşərrəf uzun sürən xəstəlikdən sonra 79 yaşında vəfat etdi. O, 2016-cı ildən Dubayda yaşayırdı.

Pervez Müşərrəf hakimiyyətə 1999-cu ildə çevriliş nəticəsində gəldi. Prezident vəzifəsini 200-12008-ci illərdə tuturdu. Müşərrəf bir neçə hücumdan xilas qaldı. Pərviz Müşərrəf ölkə daxilində qarşədurmaya baxmayaraq, 11 sentyabr hücumlarından sonra ABŞ-ın terrorla mübarizəsini dəstəklədi. 2008-ci ildə seçkilərdə məğlub oldu, bundan sonra ölkəni tərk etdi.

2013-cü ildə Müşərrəf öz namizədliyini irəli sürmək üçün Pakistana qayıtdı, lakin həbs olundu və namizədliyini irəli sürmək qadağan edildi. O, dövlətə xəyanətdə ittiham edildi və qiyabi ölüm cəzasına məhkum edildi. Lakin bir aydan sonra bu qərar ləğv olundu.

Pervez Müşərrəf 2016-cı ildə müalicə üçün Pakistanı tərk edərək Dubaya yola düşdü, harada da bu vaxta kimi yaşayırdı.

Oxşar