Pakistanın daxili işlər naziri ölkədə partlayışların arxasında əfqan intiharçı terrorçuların dayandığı haqda məlumat verib
Pakistanın daxili işlər naziri İslamabadda partlayışların arxasında əfqan intiharçı terrorçuların dayandığını bildirib.
O, cinayətkarların müəyyən edildiyini deyib.
“İslamabadda məhkəmənin yaxınlığında partlayışın arxasında əfqan intiharçı terrorçular var idi. Həmçinin, Vanas Kadetlər Kollecində intiharçı hücumçular da Əfqanıstandan idilər. Hər iki hadisədə hücumçular əfqanlar idilər” – Pakistanın daxili işlər naziri bildirib.
Xatırladaq ki, Pakistanın paytaxtı İslamabadda intiharçı terrorçu tərəfindən təşkil edilmiş partlayışda 12 nəfər həyatını itirib, 27 nəfər yaralanıb. Partlayışlardan biri rayon məhkəməsi binasının yaxınlığında, digəri isə Cənubi Vəziristan vilayətində yerləşən hərbi məktəbin yaxınlığında baş verib, partlayışda 3 nəfər həyatını itirib.