Pakistanın Bəlucistan əyalətində silahlılar 7 avtobus sərnişinini öldürüb
Pakistanın Bəlucistan əyalətində silahlı şəxslər avtobusda olan 7 sərnişini öldürüb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, onların yeddisi də pəncablıdır.
Şahidlərin dediyinə görə, silahlı şəxslər Pəncab əyalətinin mərkəzi Lahor şəhərinə gedən avtobusu saxlayıb və sərnişinlərin şəxsiyyət sənədlərini yoxladıqdan sonra 7 nəfəri yerindəcə güllələyiblər.