Pakistanın Baş naziri - Hindistan bədəl ödəməli olacaq, ola bilsin geri çəkiləcəyimizi zənn etdilər, lakin ölkə üçün necə mübarizə aparmağı bilən millət olduğumuzu unutdular
Pakistanın Baş naziri - Hindistan bədəl ödəməli olacaq, ola bilsin geri çəkiləcəyimizi zənn etdilər, lakin ölkə üçün necə mübarizə aparmağı bilən millət olduğumuzu unutdular

 

Pakistanın Baş naziri Şehbaz Şarif ötən gecə Kəşmirə edilmiş hücuma görə Hindistanın bədəl ödəməli olacağını bildirir. O, bu barədə televiziya müraciəti zamanı qeyd edib.

“Hindistan dünən gecə yol verdiyi açıq-aşkar səhvin bədəlini ödəməli olacaq. Ola bilsin geri çəkiləcəyimizi zənn etdilər, lakin ölkəsi üçün necə mübarizə aparmağı bilən millət olduğumuzu unutdular” – ölkənin baş naziri bildirib.

Şehbaz müraciəti zamanı qeyd edib ki, indi ölkənin təhlükəsizliyi üçün Pakistan xalqının cəsarəti lazımdır, çünki onlar ədalət üçün mübarizə aparırlar.

Keçən gecə Hindistan Pakistana raket zərbəsi endirib. Hücum nəticəsində azı 31 nəfər həlak olub və 57 nəfər yaralanıb.