Pakistandə sərnişin avtobusunun dərin xəndəyə düşməsi nəticəsində 40 nəfərin həlak olduğu bildirilir.
Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində sərnişin avtobusu dərin xəndəyə düşüb, nəticədə 40 nəfər həlak olub, 8 nəfər isə yaralanıb.
Məlumata görə, avtobus Kvetta şəhərindən İslamabada doğru hərəkət edirmiş. Avtobusda ümumilikdə 48 sərnişin olub.
Qurbanlar arasında qadınlar və uşaqların da olduğu bildirilir. Yaralanan 8 nəfərə ilkin tibbi yardım göstərilib və onlar xəstəxanaya yerləşdirilib.
İlkin araşdırmalara əsasən, avtobusun əyləc sistemi sıradan çıxıb və dağlıq ərazidə çətin döngədə sürücü nəqliyyat vasitəsinə nəzarəti itirib.