Pakistanda silahlı şəxslər avtobusun 9 sərnişinini qaçırıblar və qətlə yetiriblər
Pakistanda silahlı şəxslər avtobusun 9 sərnişinini qaçırıblar və qətlə yetiriblər

 

Pakistanda Bəlucistan əyalətində avtobusun 9 sərnişinini qaçırıblar, daha sonra isə onların cəsədlərini dağlarda tapıblar.

Həlak olanların hamısı Pəncab əyalətinin sakinidir və etnik zəmində qətlə yetirilib.

Hücuma görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Pakistan Prezidenti Asif Ali Zardari hadisəni pisləyib və məsuliyyəti “Bəlucistan Azadlıq Ordusu”na yükləyib, prezident onların Pakistanda xaos və qeyri-sabitlik yaymaq istədiyini deyib.