Pakistanda polislə İsrail əleyhdarı islamçı "Tehreek-e-Taliban" qruplaşması arasında toqquşma zamanı azı 5 nəfər həyatını itirib
Pakistanda polislə İsrail əleyhdarı islamçı “Tehreek-e-Taliban” qruplaşması arasında toqquşma baş verib. Pakistan polisinin məlumatına əsasən, toqquşma zamanı azı 5 nəfər həyatını itirib.
Pakistan Talibanı digər adı ilə “Tehreek-e-Taliban” öz tərəfdarlarını ABŞ Prezidenti Donald Tramp tərəfindən Qəzzada atəşkəs haqda razılaşmanın elan edilməsinə etiraz etməyə çağırıb.
“Reuters”in yazdığı kimi, yürüş Lahordan paytaxt İslamabada qədər təşkil edilib və yolda polislə bir neçə dəfə toqquşma baş verib.
Polis yüzlərlə etirazçını dağıtmaq üçün əməliyyata başlayıb və “Tehreek-e-Taliban”ın tərəfdarlarına atəş açıb. Polisin bəyanatında deyilir ki, həlak olanlar arasında bir polis, üç etirazçı və bir nəfər yoldan keçən var. Polis hər iki tərəfdən onlarla insanın yaralandığı haqda məlumat verir.