Pakistanda Hindistanın raket zərbəsi nəticəsində 26 mülki vətəndaşın həlak olduğunu, 46 nəfərin yaralandığını bəyan edirlər
Pakistanda Hindistanın raket zərbəsi nəticəsində 26 mülki vətəndaşın həlak olduğunu, 46 nəfərin yaralandığını bəyan edirlər

 

Pakistanda Hindistanın raket zərbəsi nəticəsində 26 mülki vətəndaşın həlak olduğunu, 46 nəfərin yaralandığını bəyan edirlər.

Hindistanın daxili işlər naziri Amit Şah Hindistan Silahlı Qüvvələri ilə fəxr etdiyini bildirib.

“Modi hökuməti Hindistana və onun əhalisinə qarşı istənilən hücuma müvafiq cavab verməyə qətiyyətlə qərar verib” – Şah X sosial şəbəkəsində yazır.

Bununla yanaşı, Hindistanın xarici işlər naziri Pakistana hücumlardan sonra “dünyanın terrora qarşı sıfır dözümlülük nümayiş etdirməli olduğunu” bildirib.