Pakistanda aksiyada ABŞ-ın bayrağını yandırdılar
Pakistanda aksiyada ABŞ-ın bayrağını yandırdılar

Pakistanın Karaçi şəhərində anti-Amerika aksiyaları dördüncü gündür keçirilir. Aksiyada ABŞ-ın bayrağını yandırdılar.  Nümayişçilər ABŞ prezidentini təhqir edən şüarlardan istifadə edirdilər.

Pakistanda anti-Amerika aksiyaları, ABŞ prezidenti Donald Tramp tərəfindən Qüdsü İsrailin paytaxtı olaraq bəyan etməsində sonra başladı.

ABŞ prezidenti Tvitterdə yazdı ki, Amerika Birləşmiş Ştatları Pakistan hökumətinə 33 milyard dollar köçürdü, əvəzində isə ABŞ Pakistandandan yalan qəbul etdi.

Aksiyanın təşkilatşılarından biri İslam Fundamental partiyasıdır.