Pakistan və Əfqanıstanın "Taliban"ı 48 saatlıq atəşkəs barədə razılığa gəliblər
Pakistan və Əfqanıstanın “Taliban”ı 48 saatlıq atəşkəs barədə razılığa gəliblər, razılaşma yerli vaxtla saat 18:00-dan etibarən qüvvəyə minib. Bu haqda məlumatı “Reuters” yayır.
“Pakistan və Əfqanıstan dialoq yolu ilə çətin, lakin müsbət həll yolu tapmaq üçün səmimi səy göstərəcəklər” – Pakistanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Məlumat üçün bildirək ki, Pakistan və Əfqanıstan arasında toqquşmalar oktyabrın 11-də başlayıb. Səudiyyə Ərəbistanı və Qətərin vasitəçiliyi nəticəsində toqquşma müvəqqəti olaraq dayandırılıb, lakin Pakistan və Əfqanıstan arasında bütün sərhəd keçid məntəqələri bağlanıb. Bu gün səhər tərəflər arasında toqquşma yenidən başlayıb. Medianın məlumatına əsasən, toqquşmalarda azı 10 nəfər həyatını itirib.