Pakistan Kabildə və Qəndəharda zərbələr endirib
Pakistan Kabildə və Qəndəharda zərbələr endirib

Pakistan Əfqanıstanın şəhərləri – Kabul və Qəndəhara zərbələr endirib. Məlumatı BBC Pakistan hökumətinin rəsmi nümayəndəsinə istinadən yayıb.

Nəşrin yazdığına görə, hazırda ölkələr arasında sərhəddə vəziyyət nisbətən sabitdir, lakin hər iki tərəf “yüksək hazırlıq rejimində” qalır.

Hava zərbələri başlamazdan əvvəl Pakistanın müdafiə naziri Khawaja Asif bəyan edib ki, Əfqanıstanın “Taliban”ı Pakistana “açıq müharibə” elan edib.

Pakistanın İnformasiya Nazirliyinin açıqlamasına görə, “Taliban” Xayber-Paxtunxva əyalətinin bir neçə sektorunda atəş açıb, buna cavab olaraq Pakistan qoşunları “dərhal və effektiv reaksiya verib, nəticədə qarşı tərəf böyük itkilər verib”. Bundan əvvəl isə “Taliban”ın hərbi bölməsi məlumat yayıb ki, Əfqanıstan Pakistanın sərhəd məntəqələrinə cavab hücumlarına başlayıb.

“Taliban”ın məlumatına görə, Pakistanın hücumları nəticəsində Əfqanıstanda azı doqquz nəfər yaralanıb.