Pakistan islamçı partiya "Tehreek-e-Labbaik"ı, digər adı ilə Pakistanın "Taliban"ını qadağan edib
Pakistanda antiterror qanununa əsasən islamçı partiya “Tehreek-e-Labbaik”, digər adı ilə Pakistanın “Taliban”ı qadağan edilib. Bu haqda məlumatı “Reuters” yayır.
Medianın məlumatına əsasən, Pakistan hökuməti bu qərarı yekdilliklə qəbul edib. Baş nazir Şehbaz Şərif qərarı İslamabadda elan edib.
Bundan əvvəl isə ölkənin Daxili İşlər Nazirliyi “Tehreek-e-Labbaik” tərəfindən törədilmiş zorakılıq və ekstremist fəaliyyət haqqında danışıb. Daxili işlər naziri qruplaşmanın dəfələrlə ölkənin müxtəlif hissələrində qeyri-sabitlik və xaosu qızışdırdığını bildirib.
Medianın yazdığı kimi, Pakistanın “Taliban”ını indiyədək artıq bir dəfə, 2021-ci ildə qadağan ediblər, lakin ona qoyulan bu qadağa 6 ay sonra zorakı fəaliyyətdən və asayişi pozmaqdan çəkinmək şərti ilə ləğv edilib.