Pakistan hökumətinin məlumatına əsasən, döyüş əməliyyatları nəticəsində Hindistan ordusunun 50 əsgərini qətlə yetiriblər
Pakistan hökumətinin məlumatına əsasən, döyüş əməliyyatları nəticəsində Hindistan ordusunun 50 əsgərini qətlə yetiriblər

 

Pakistan hökumətinin məlumatına əsasən, döyüş əməliyyatları nəticəsində Hindistan ordusunun 50 əsgərini qətlə yetiriblər. Pakistanın informasiya naziri Atullah Tararinin bəyanatına əsasən, Pakistan əsgərləri de-fakto sərhəddən Hindistan ordusunun hərbi obyektlərini partladıblar.

Pakistanın paytaxtı İslamabadda Hindistanın hücumu nəticəsində 31 mülki vətəndaşın həlak olduğunu və Hindistanın bunun bədəlini ödəyəcəyini bəyan edirlər.

Pakistan hökumətinin məlumatına əsasən, 7 may gecəsindən sonra Hindistan ordusu tərəfindən buraxılan 25 pilotsuz uçuş aparatını zərərsizləşdiriblər.

Öz növbəsində Hindistan ordusunda Lahor şəhərində Pakistanın hava hücumundan müdafiə sistemini məhv etdiklərini bəyan edirlər. Hindistan hökumətinin məlumatına əsasən, Pakistanın hücumu nəticəsində 16 mülki vətəndaş həlak olub. Həmçinin, Hindistan hökumətində Pakistan və Pakistanın idarə etdiyi Kəşmirə endirilmiş zərbələr nəticəsində 100-ə yaxın “terrorçu”nu qətlə yetirdiklərini bəyan edirlər.