Pakistan, Hindistanla gərgin münasibətlər fonunda, Kəraçi və Lahor bölgələrində hava məkanını bir ay müddətinə bağlayıb
Pakistan hakimiyyəti Hindistanla gərgin münasibətlər fonunda, Kəraçi və Lahor bölgələrində hava məkanını bir ay müddətinə bağlayıb. Bu barədə məlumatı Pakistan mediası yayır.
Pakistanın Aviasiya Xidmətində qərarı təhlükəsizlik məqsədi ilə verdiklərini bəyan edirlər. Kommersiya uçuşları alternativ marşrutlar vasitəsilə davam edəcək və təyyarələrin fasiləsiz uçuşunu təmin etmək üçün hava hərəkəti dispetçerləri müvafiq olaraq istiqamətləndirəcəklər.
Pakistan hakimiyyəti uçuşların cədvəlinin böyük ölçüdə dəyişməz qalacağını və qismən məhdudiyyətlərə baxmayaraq, uçuşların ehtimal ki, adi ritmdə həyata keçiriləcəyini bəyan edir.
Bundan əvvəl Hindistanın Pakistan aviaşirkətləri üçün hava məkanını mayın 23-dək bağladığı məlum oldu.
Məlumat üçün bildirək ki, aprelin 22-də Kəşmir ştatının Hindistanın nəzarətində olan hissəsində hücum baş verməsindən sonra Hindistan və Pakistan arasında münasibətlər gərginləşib. Nəticədə 26 nəfər həlak olub və 17 nəfər yaralanıb.