Pakistan-Əfqanıstan sərhədində toqquşma nəticəsində ondan çox dinc sakin və əsgər həlak olub
Pakistan-Əfqanıstan sərhədində toqquşma nəticəsində ondan çox dinc sakin və əsgər həlak olub

 

Pakistan-Əfqanıstan sərhədində toqquşma nəticəsində ondan çox dinc sakin və əsgər həlak olub.

“Taliban”ın məlumatına əsasən, Pakistan qüvvələri tərəfindən səhər saatlarında Spin Boldak rayonunda hücumların başladılması nəticəsində ondan çox dinc sakin həlak olub, 100 nəfər isə yaralanıb.

Bununla yanaşı, Pakistan “Taliban” qüvvələrinin hücumları nəticəsində Çaman rayonunda 4 mülki vətəndaşın yaralandığını bəyan edib.

Bundan əvvəl, “Associated Press” məlumat yaydı ki, Əfqanıstan qoşunları “təhrik edilməmiş atəş” açıb və bu atəş Pakistanın Müdafiə Qüvvələri tərəfindən dəf edilib.

Məlumat üçün bildirək ki, Pakistan və Əfqanıstan arasında toqquşmalar oktyabrın 11-də başlayıb. Səudiyyə Ərəbistanı və Qətərin vasitəçiliyi nəticəsində qarşıdurma müvəqqəti dayandırılıb, lakin Pakistan və Əfqanıstan arasında bütün sərhəd keçid məntəqələri bağlanıb.