Paata Salia Xüsusi Penitensiar Xidmətin yeni rəhbəri Ramaz Tataraşvilini xidmətin əməkdaşlarına təqdim edib

14:16, 27.10.2026

 

Gürcüstanın ədliyyə naziri Paata Salia Xüsusi Penitensiar Xidmətin yeni rəhbəri Ramaz Tataraşvilini xidmətin əməkdaşlarına təqdim edib.

Paata Salia Ramaz Tataraşviliyə yeni vəzifəsində uğurlar arzulayıb.

“Ramaz Tataraşvilinin Daxili İşlər Nazirliyi sistemində, əsasən rəhbər vəzifələrdə 28 illik iş təcrübəsi var. O, Xüsusi Penitensiar Xidmətin rəhbəri təyin edilənə qədər Şida Kartli Polis Departamentinin direktoru vəzifəsini tuturdu, bundan əvvəl isə İmereti Polis Departamentinə rəhbərlik edirdi. Ramaz Tataraşvili polis polkovnikidir” – Ədliyyə Nazirliyinin məlumatında qeyd olunub.

Oxşar