Paata Salia Xüsusi Penitensiar Xidmətin rəhbəri vəzifəsinə Bejan Obqaidzeni təqdim edib
Paata Salia Xüsusi Penitensiar Xidmətin rəhbəri vəzifəsinə Bejan Obqaidzeni təqdim edib

 

Ədliyyə naziri Paata Salia Xüsusi Penitensiar Xidmətin rəhbəri vəzifəsinə Bejan Obqaidzeni təqdim edib.

Ədliyyə Nazirliyinin məlumatına əsasən, Bejan Obqaidze ixtisasca hüquqşünasdır. Dövlət və özəl xidmətlərdə uzun illər iş təcrübəsi var.

Xüsusi Penitensiar Xidmətin rəhbəri vəzifəsinə təyin olunana qədər Bejan Obqaidze Ədliyyə Nazirliyinin publik hüquqi şəxs İcra Milli Bürosunun sədri vəzifəsini tuturdu.