Gürcüstanın ədliyyə naziri Paata Salia Türkiyə Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay ilə görüşüb.
Nazirliyin məlumatına əsasən, tanışlıq məqsədli görüşdə tərəflər iki ölkənin səlahiyyətli qurumları arasında hüquq sahəsində mövcud sıx və səmərəli əməkdaşlıq haqda danışıblar və gələcəkdə qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsinə hazır olduqlarını bildiriblər.
Gürcüstanın ədliyyə nazirinin müavinləri – Merab Turava, Laşa Mağradze və Qiorqi Dqebuadze, eləcə də Türkiyə səfirliyinin konsulluq şöbəsinin rəhbəri Boran Can Koçboğan Ədliyyə Nazirliyində keçirilən görüşdə iştirak ediblər.