Paata Salia Şimali Makedoniyanın ədliyyə naziri ilə görüşüb

19:46, 08.10.2026

 

Gürcüstanın ədliyyə naziri Paata Salia Beynəlxalq Hüquq Sammiti çərçivəsində Şimali Makedoniyanın ədliyyə naziri Ceton Şasivar ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, görüşdə Gürcüstan ilə Şimali Makedoniya arasında münasibətlərin dərinləşdirilməsi, bilik və təcrübə mübadiləsi, sıx dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Tərəflər hüquq sahəsinin Avropa standartlarına uyğunlaşdırılması, penitensiar və probasiya sistemlərində tətbiq olunan innovativ mexanizmlər, sübutlara əsaslanan reabilitasiya proqramları və rəqəmsal inkişaf barədə danışıblar.

“Paata Salia qeyd edib ki, nazirlik Avropa və beynəlxalq standartlara uyğun olaraq milli qanunvericiliyin təkmilləşdirilməsi və hüquqi təhlükəsizliyin möhkəmləndirilməsi üzərində işləyir. Bununla yanaşı, Gürcüstan və Şimali Makedoniyanın Süni İntellekt, İnsan Hüquqları, Demokratiya və Hüququn Aliliyi haqqında Konvensiyaya ilk qoşulanlardan biri olduğu qeyd edilib” – Ədliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

Görüşdə ədliyyə nazirinin birinci müavini Beka Camaşvili və Gürcüstanın Türkiyə Respublikasındakı səfiri Arçil Kalandia iştirak edirdilər.

Oxşar