Paata Salia Nyu-Yorkda BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin iclasında iştirak edir
Paata Salia Nyu-Yorkda BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin iclasında iştirak edir

Ədliyyə naziri Paata Salia nümayəndə heyəti ilə birlikdə Nyu-Yorkda BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin iclasında iştirak edir.

Səfər çərçivəsində BMT Baş katibinin müavini və digər yüksək vəzifəli şəxslərlə ikitərəfli görüşlər planlaşdırılır.

“BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsi çərçivəsində komitə üzvlərinə, BMT nümayəndələrinə müraciət etmək və Gürcüstanda dövlət idarəçiliyi sahəsində həyata keçirilən islahatlardan danışmaq imkanımız olacaq, o cümlədən dövlət xidmətlərinin göstərilməsi, rəqəmsal texnologiyaların və innovasiyaların tətbiqi və inkişafı istiqamətində. Səfər çərçivəsində biz, həmçinin, BMT Baş katibinin müavini və digər rəhbər şəxslərlə ikitərəfli görüşlər keçirəcəyik. Ən əsası isə, 2026-cı il 23-25 iyun tarixlərində Tbilisidə keçiriləcək forum haqqında danışacağıq. Gürcüstanda BMT-nin Dövlət Xidmətləri Forumunun keçirilməsi ölkədə həyata keçirilən, vətəndaş yönümlü və onlar üçün əlçatan xidmətlərin göstərilməsinə istiqamətlənmiş islahatların şübhəsiz təsdiqidir”, – deyə Paata Salia bildirib.

Məlumatı Ədliyyə Nazirliyinin mətbuat xidməti yayıb.