Paata Salia İtaliyanın səfiri ilə hüquqi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
Paata Salia İtaliyanın səfiri ilə hüquqi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

 

Ədliyyə naziri Paata Salia və İtaliya Respublikasının Gürcüstandakı səfiri Massimiliano D’Antuono iki ölkə arasında hüquqi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Gürcüstanın Ədliyyə Nazirliyinin məlumatına əsasən, görüşdə nazir demokratik dəyərlərin təşviqi və qanunun aliliyinin gücləndirilməsi; dövlət maraqlarının beynəlxalq məhkəmələrdə effektiv təmsil olunmasının təmin edilməsi; penitensiar və cinayətkarlığın qarşısının alınması sistemlərinin daha da inkişaf etdirilməsi və s. daxil olmaqla Ədliyyə Nazirliyinin prioritetlərindən danışıb.

Ədliyyə nazirinin birinci müavini Beka Dzamaşvili və Beynəlxalq Münasibətlər və Hüquqi Əməkdaşlıq Departamentinin rəhbəri Ketevan Saracişvili görüşdə iştirak edirdilər.