Paata Salia İsrail Dövlətinin milli təhlükəsizlik naziri ilə görüşüb
Paata Salia İsrail Dövlətinin milli təhlükəsizlik naziri ilə görüşüb

 

Gürcüstanın ədliyyə naziri Paata Salia İsrail Dövlətinin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ilə görüşüb.

Ədliyyə nazirinin birinci müavini Laşa Mağradze, müavin Beka Dzamaşvili, Xüsusi Penitensiar Xidmətin rəisi Qiorqi Pataridze və İsrail Dövlətinin Milli Təhlükəsizlik Nazirliyinin nümayəndə heyətinin üzvləri Ədliyyə Nazirliyində keçirilən görüşdə iştirak edirdilər.

Görüşdə Gürcüstan ilə İsrail arasında mövcud dostluq münasibətləri və ədliyyə sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə diqqət yönəldilib. Ədliyyə naziri nazirliyin əsas prioritetlərini İsrail tərəfinə təqdim edib; Gürcü penitensiar sistemində həyata keçirilən islahatlar və məhkumların resosializasiya-reabilitasiyası məqsədilə tətbiq olunan proqramların əhəmiyyəti vurğulanıb.

Gürcüstana səfəri çərçivəsində İsrail Dövlətinin Milli Təhlükəsizlik Nazirliyinin nümayəndə heyəti Qldaninin 8 saylı Cəzaçəkmə Müəssisəsində olub, burada müəssisənin infrastrukturu və sistem idarəetmə standartları ilə tanış olub.

Məlumatı Ədliyyə Nazirliyinin mətbuat xidməti yayır.