Paata Salia Çinin səfiri ilə görüş keçirib
Paata Salia Çinin səfiri ilə görüş keçirib

 

Gürcüstanın ədliyyə naziri Paata Salia Çinin səfiri Cou Tsien ilə görüş keçirib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, Paata Salia Cou Tsieni nazirliyin fəaliyyətinin prioritet istiqamətləri ilə tanış edib.

“Həmçinin, Gürcüstan və Çin arasında mövcud strateji tərəfdaşlıq və iki ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlığın perspektivlərinə toxunulub” – Ədliyyə Nazirliyi tərəfindən yayılan məlumatda qeyd olunub.

Ədliyyə nazirinin müavini Beka Dzamaşvili, səfirliyin birinci katibi Vanq Tan və səfirliyin attaşesi Çen Çueipin Ədliyyə Nazirliyində keçirilən görüşdə iştirak edirdilər.