Gürcüstanın ədliyyə naziri Paata Salia biznes sahəsinin nümayəndələri ilə görüşüb.
Gürcüstan Biznes Assosiasiyasının təşəbbüsü ilə keçirilmiş görüşdə ədliyyə naziri və nazirliyin sisteminə daxil olan agentliklərin rəhbərləri özəl sektorun nümayəndələrini Ədliyyə Nazirliyinin biznesin dəstəklənməsi və inkişafını hədəfləyən innovativ xidmətləri, o cümlədən “Biznes köməkçisi”, “Ağıllı müqavilə”, icra xidmətləri, notariat vasitəçiliyi, elektron pul kisəsi və s. ilə tanış ediblər.
Görüşdə keçirilən müzakirə çərçivəsində biznes sektorun nümayəndələri Ədliyyə Nazirliyinin nümayəndələrindən onlara maraqlı olan məsələlərlə bağlı ətraflı məlumat alıblar. Həmçinin, gələcək əməkdaşlıq perspektivlərinə toxunulub.
Məlumatı Ədliyyə Nazirliyinin mətbuat xidməti yayır.