Paata Salia Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşüb
Ədliyyə naziri Paata Salia Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşüb.
Ədliyyə Nazirliyinin məlumatına əsasən, görüşdə tərəflər iki ölkənin səlahiyyətli qurumları arasında hüquq sahəsində mövcud sıx və səmərəli əməkdaşlıq haqda danışıblar və gələcəkdə birgə tədbirlərin həyata keçirilməsini müzakirə ediblər.
Ədliyyə nazirinin müavini Beka Dzamaşvili və Azərbaycan Respublikası səfirliyinin birinci katibi Seymur İlyaslı da Ədliyyə Nazirliyində keçirilən görüşdə iştirak edirdilər.