Paata Salia Azərbaycanın ədliyyə naziri Fərid Əhmədovla görüş keçirib
Paata Salia Azərbaycanın ədliyyə naziri Fərid Əhmədovla görüş keçirib

 

Gürcüstanın ədliyyə naziri Paata Salia Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunmuş tədbir çərçivəsində Azərbaycanın ədliyyə naziri Fərid Əhmədovla görüş keçirib.

Ədliyyə Nazirliyinin məlumatına əsasən, Bakıda keçirilən görüşdə tərəflər iki ölkə arasında ədliyyə sahəsində mövcud əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Onların məlumatında qarşılıqlı hüquqi yardım, insan hüquqlarının qorunması və vətəndaş yönümlü dövlət xidmətlərinin inkişafı sahələrinə diqqət yönəldildiyi deyilir.

“Paata Salia azərbaycanlı həmkarını Gürcüstanın Ədliyyə Nazirliyinin prioritetləri ilə tanış edib və onu 2026-cı ilin iyununda Gürcüstanın ev sahibliyi edəcəyi BMT-nin Dövlət Xidmətləri Forumuna dəvət edib. Görüşün sonunda tərəflər səmərəli əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər” – Ədliyyə Nazirliyinin məlumatında deyilir.

Qurumun məlumatına əsasən, Paata Salia Bakıya rəsmi səfəri çərçivəsində konfrans iştirakçıları ilə birlikdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.