Gürcüstanın ədliyyə naziri Paata Salia Strasburq Məhkəməsinin sədri Matias Guillaume ilə görüşüb.
Ədliyyə Nazirliyinin məlumatına görə, görüş zamanı qeyd olunub ki, Gürcüstan İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə məhkəmə prosesinin bütün mərhələlərində effektiv və konstruktiv əməkdaşlığı davam etdirir.
“Nazir diqqəti Gürcüstan əleyhinə Avropa İnsan Hüquqları Məhkəməsinə daxil olan işlərin kəskin azalmasına və məhkəmə qərarlarının icrası üzrə pozitiv dinamikanın mövcudluğuna yönəltdi.
Paata Salia Rusiyaya qarşı dövlətlərarası işlər üzrə Strasburq Məhkəməsinin qəbul etdiyi qərarların əhəmiyyətindən danışdı və Matias Guillaume-a qərəzsiz və ədalətli məhkəmə iclaslarına görə təşəkkürünü bildirdi,” – məlumatda deyilir.
Görüşdə həmçinin ədliyyə nazirinin müavini və Gürcüstan hökumətinin Strasburq Məhkəməsindəki nümayəndəsi Beka Dzamaşvili, Gürcüstanın Avropa Şurasındakı daimi nümayəndəsi Xatiya Tsilosani, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lado Çanturia və məhkəmənin katib müavini Abel Kampos iştirak ediblər.