Paata Mancqaladze – Saakaşvili öz bəyanatları ilə “Gürcü Arzusuna” yardım edir

12:09, 07.09.2021

Saakaşvili öz bəyanatları ilə “Gürcü Arzusuna” yardım edir, – bu barədə müxalifətçi deputat, Paata Mancqaladze Gürcüstanın kemiş prezidenti, Mixeil Saakaşvilinin Gürcüstana gəlməsi barəsində bəyanatı haqqında bildirdi.

“Başa düşürəm ki, Gürcüstana Mixeil Saakaşvilinin gəlməsi barəsində ictimaiyyətdə böyük maraq var. Kim nə vaxtı və haraya gələcək, həmin insanın işidir. Bu barədə kimsə nəsə deyə bilmərik. Lakin məndən soruşsanız, seçkilərdən əvvəl onun glməsi strateji və taktiki baxımından nə qədər düzgündür, bu bəyanatın verilməsini düzgün hesab etmirəm, çünki ölkədə milyon 100 min insan var, hansı da ölkədə “Gürcü Arzusunu” dəstəkləyir, Saakaşvilini isə, baş nazir olaraq ölkəyə qayıtmasını yarım milyon insan dəstəklədi.

Gəlməsinə niyə referendum edirik, mənim üçün anlaşılmazdır. Saakaşvili öz bəyanatları ilə “Gürcü Arzusuna” yardım edir, hansı da çalışır ki, ictimaiyyətdə qorxu instiktini yaratsın və “Gürcü Arzusuna” səs verməyi planlaşdıran insanları qorxutsun”, – Mancqaladze bəyan etdi.

Oxşar