Paata Mancqaladze, Qiorqi Vaşadzenin istintaq komissiyasının iclasında iştirak etmədiyi üçün təyin edilən girovu ödəyəcəyini bildirir
“Quruculuq Strategiyası”nın lideri Qiorqi Vaşadze 50 000 lari məbləğində girovu ödəyəcək. Bu barədə partiyanın liderlərindən biri Paata Mancqaladze “Palitranews”a deyib. “Interpressnews”un məlumatında qeyd olunduğu kimi, Mancqaladze bildirib ki, Vaşadze tərəfindən girovun ödənilməsi barədə qərarı partiyanın siyasi şurasında qəbul ediblər.
Müvəqqəti istintaq komissiyasının iclasında iştirak etməmək işi üzrə qətimkan tədbiri olaraq Qiorqi Vaşadze barəsində aprelin 23-də 50 000 lari məbləğində girov təyin edilib. Məhkəmə Vaşadzeyə girovu ödəməsi üçün 30 gün vaxt təyin edib.
Məlumat üçün bildirək ki, Gürcüstan Parlamentində yaradılmış müvəqqəti istintaq komissiyası aprelin 15-də Qiorqi Vaşadzeni iclasa çağırıb, lakin Vaşadze iclasa getməyib, bundan sonra da onu ifadə verməsi üçün prokurorluğa çağırdılar.
Qiorqi Vaşadzeyə Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə ittiham irəli sürüblər, bu isə “Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının tələbinin yerinə yetirilməməsi” deməkdir. Bu, cərimə və ya bir ilədək azadlıqdan məhrum etmə, vəzifə tutmaq və ya fəaliyyət hüququndan üç ilədək məhrum etmə ilə cəzalandırılır.