Paata Mancqaladze – Mən heç bir 4 oktyabr aksiyasının təşkilatçısı olmamışam, şəkil çəkdirməklə insan təşkilatçıya çevrilə bilər? Cəfəngiyyatla qarşı-qarşıyayıq
Nəyə görə məni mühakimə edirsiniz, insanları dinc aksiyaya çıxmağa çağırdığım üçünmü? Mən heç bir təşkilatçı olmamışam – bu barədə 4 oktyabr işi üzrə məhkum olunmuş Paata Mancqaladze Apellyasiya Məhkəməsində bildirib.
O, bu işə yönəlik siyasi marağın olduğunu deyib.
“Mənim üçün aydın idi ki, bu işə yönəlik siyasi maraq var idi. Cənab prokuror, nəyə görə məni mühakimə edirsiniz, insanları dinc aksiyaya çıxmağa çağırdığım üçünmü? Mən heç bir təşkilatçı olmamışam. Paata Burculadze ilə çəkdirdiyim şəkil işdə sübut kimi qoyulub və bir il əvvəlki üç televiziya bəyanatı. Başqasının bəyanatlarını mənim üzərimə yıxırlar. Şəkil çəkdirməklə insan təşkilatçıya çevrilə bilər? Cəfəngiyyatla qarşı-qarşıyayıq, Ruanda keysinə qədər gəlib çıxdıq” – Paata Mancqaladze bildirib.
Məlumat üçün bildirək ki, mayın 7-də Tbilisi Şəhər Məhkəməsi 4 oktyabr işi üzrə təqsirləndirilən şəxslərə – Paata Burculadze, Murtaz Zodelava, İrakli Nadiradze və Paata Mancqaladzeyə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası kəsib.
Müdafiə tərəfi hökmdən Apellyasiya Məhkəməsinə şikayət verib.
Paata Mancqaladzeye Cinayət Məcəlləsinin 225-ci maddəsinin birinci hissəsi ilə ittiham irəli sürülmüşdü, bu da qrup halında zorakılığın təşkilini nəzərdə tutur. Qeyd olunan əməl 6 ildən 9 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.