Paata İmnadze - yaxın bir ay güman edildiyinə görə, Gürcüstanda "omikron" sirkulasiyaya başladığı dövr olacaq
Paata İmnadze - yaxın bir ay güman edildiyinə görə, Gürcüstanda "omikron" sirkulasiyaya başladığı dövr olacaq

Yaxın bir ay güman edildiyinə görə, Gürcüstanda “omikron” sirkulasiyaya başladığı dövr olacaq, – bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri müavini, Paata İmnadze bəyan etdi.

“Dünyada olan gec-tez Gürcüstanda da olacaq. Yaxın bir ay güman edildiyinə görə, Gürcüstanda “omikron” sirkulasiyaya başladığı dövr olacaq. Ona qədər, həegünlük müşahidə var ki, nə vaxt görünəcək. Hələlik görünməyib. Bir neçə şübhəli hal var idi və hamısı yoxlanılıb. Axırda nəhayət ölkədə bu virus aşkar olunacaq”, – İmnadze bəyan etdi.

Bundan əlavə, Paata İmnadze koronavirusa qarşı vaksinlərin effektivliyindən danışdı.

“Son araşdırmalar dünən dərc edildi. “Astrazeneca”-nın iki dozası və bir “Pfizer” dozası təxminən 71%, “Pfizer” peyvəndinin üç dozası isə, təxminən 75% müdafiəni təmin edir. Təəssüf ki, Çin peyvəndləri ilə bağlı hələlik heç bir araşdırma dərc olunmayıb, ona görə də sizə dəqiq rəqəmlər verə bilmərik, yəni üç peyvənd prinsipdə “omikrondan” kifayət qədər effektiv qoruyacaq.

Biz özümüzü yoluxmada qorumaq istəyiriksə, bu ilk növbədə maskadır, xəstəlikdən qorunmaq istəyiriksə, bu, peyvənddir. Bunlar əməl edilməli olan iki əsas rekomendasiyadır”, – İmnadze bildirdi.