Paata İmnadze - Qotur hər il olur, artım qeydə alınmır, bu, hər kəsin başına gələ bilər və panikaya düşəcək bir şey yoxdur, qoturluğun müalicəsi asandır
Paata İmnadze - Qotur hər il olur, artım qeydə alınmır, bu, hər kəsin başına gələ bilər və panikaya düşəcək bir şey yoxdur, qoturluğun müalicəsi asandır

 

Qotur hər il olur, artım qeydə alınmır, bu, hər kəsin başına gələ bilər və panikaya düşəcək bir şey yoxdur – bu haqda Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin baş direktorunun müavini Paata İmnadze deyib.

O bildirib ki, il ərzində təkcə Gürcüstanda deyil, həm də Avropa ölkələrində əhalinin 1%-də qotur müşahidə olunur, bu gün Gürcüstanda da təxminən eyni göstəricilər mövcuddur.

Paata İmnadze bildirib ki, qoturluğun müalicəsi asandır, xəstəlik dəridən dəriyə, yaxın, uzunmüddətli təmasla yayılır.

“Qotur gənənin səbəb olduğu xəstəlikdir. Əsas simptomu güclü qaşıntıdır. Yalnız dəridən dəriyə yaxın uzunmüddətli təmasla keçir, lakin yataq dəsti, dəsmal, paltarla da keçə bilər. Müalicə olduqca asandır, xüsusi məlhəmlər vasitəsilə. Profilaktika üçün yoluxmuş şəxslə təmasdan çəkinmək, başqasının dəsmalından, paltar və yataq dəstindən istifadə etməkdən çəkinmək vacibdir. Müalicə təkcə qoturluğu olan şəxs üçün deyil, həm də onun bütün ailə üzvləri və eləcə də, onunla sıx, yaxın və uzunmüddətli təması olan hər kəs üçün aparılmalıdır” – Paata İmnadze bildirib.